XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 June 2018 - 11:31

Ərdoğan parlamentdə koalisiya təklif etdi –Ana müxalifət partiyasından dərhal rədd cavabı gəldi

Türkiyə prezidenti Rəcəp Tayyip Ərdogan deyib ki, bazar günü keçiriləcək seçkidə parlament çoxluğunu əldə edə bilməsələr, partiyası koalisiya yarada bilər.

Prezident Kral FM radio stansiyasına müsahibəsində deyib ki, əgər parlamentdə 300 yerdən daha az yerə sahib olsalar, koalisiya qurmaq barədə düşünəcəklər.

“Amma bu ehtimal çox çox azdır”, deyə Ərdogan bildirib.

MHP lideri Dövlət Baxçalı isə bazar ertəsi günü deyib ki, bu seçkidə MHP və AKP birgə parlamentdə üstünlüyə sahib ola bilməsələr, növbəti seçkiyə gedə bilərlər.

Ana müxalifət partiyası CHP-nin lideri Kamal Kılçdaroğlu isə Ərdoğanın koalisiya təklifini rədd edib.

Klıçdaroğlu bildirib ki AKP liderləri həmişə tək partiyalı iqtidarın üstünlüklərindən danışıblar.

“Bu halda Ərdoğan necə koalisiya istəyə  bilər?” – deyə CHP lideri “FOX” TV-də qatıldığı canlı yayımda bildirib.

Xatırladaq ki, bazar günü Türkiyədə növbədənkənar seçkilər keçiriləcək.

Turqut