XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

21 İyun 2018 - 23:09

“Türkiyə F-35-lərlə ABŞ-dan daha da aslı vəziyyətə düşəcək…” –Türk generaldan etiraz

“Türkiyə ABŞ-dan F-35 alsa da, onları idarə edə bilməyəcək”.

Bu sözləri təqaüddə olan türkiyəli general Bəyazid Qaradaş deyib.

O bildirib ki, sözügedən qırıcıların alınması ilə Türkiyə Hərbi Hava Qüvvələri ABŞ-dan daha da asılı vəziyyətə düşəcək:

“Bu qərar milli təyyarəmizin istehsalını və modernləşdirilməsinin qarşısını alacaq. Onsuz da hava qüvvələri 90-95 faiz ABŞ-dan asılıdır. Əsas vəzifəmiz bu aslılığı mümkün qədər azaltmaqdır. Beşinci nəsil təyyarə adı ilə bu cazibəyə qapılmaq doğru olmaz”, – deyə Qaradaş bildirib.

Qeyd edək ki, bu gün ilk F-35 təyyarəsi Türkiyə Hərbi Hava Qüvvələrinə təhvil verilib/Axar.az.