XƏBƏR LENTİ

26 May 2020
25 May 2020

Digər Xəbərlər

22 İyun 2018 - 17:12

Azərbaycan səfirinin oğlu Rusiyada həbs edildi –Emil Osmanov qanunsuz pul yumada şübhəli bilinir

Belarus Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Baş İdarənin əməkdaşları Azərbaycanın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri  Qüdsi Osmanovun oğlu Emil Osmanovu həbs ediblər.

Bu barədə fontanka.ru portalı məlumat yayıb.

Mənbəyə əsasən, iyunun 22-də Osmanov Vyanadan Minskə gəlib və burada onu “Toyota Camry” avtomobilində şəxsi sürücüsü gözləyib. İdarənin əməkdaşları avtomobili operativ qaydada müşayiət ediblər. Rusiya ilə sərhədi keçərkən gənc iş adamı saxlanılıb və konvoy onu Sankt-Peterburqa gətirib.

İstintaqda olan məlumata görə, 27 yaşlı Emil Osmanov pul vəsaitlərinin nağdlaşdırılması sxeminin təşkilatçısıdır.

Rusiya Cinayət Məcəlləsinin 172-ci (“Qanunsuz bank fəaliyyəti”) maddəsi üzrə cinayət işi Peterburqun Tsentralnı rayonunun polis idarəsi tərəfindən 2018-ci ilin may ayında başlanıb.

Virtualaz.org-a müsahibəsində Q.Osmanov oğlunun tutulması barədə xəbəri təsdiq edib: “O, mənim ilk nikahımdan olan oğlumdur. Hələlik işin təfərrüatları ilə tanış deyiləm. Çox təəssüflənirəm”.