XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

22 İyun 2018 - 19:43

OPEC-də yeni razılaşma –Neftin qiyməti ucuzlaşa bilər

OPEC neft hasilatını artırmaq barədə razılıq əldə etmək üzrədir: Səudiyyə Ərəbistanı İranla əməkdaşlığa razı salmaq üzrədir.

Səudiyyə Ərəbistanı və qeyri OPEC ölkəsi Rusiya bildiriblər ki, hasilatı gündəlik bir milyon barrel və ya qlobal tələbatın bir faizi həcmində artırmaq barədə razılığa yaxınlaşmaq üzrədirlər.

Hazırda OPEC -in Vyanada toplantısı keçirilir. ABŞ, Çin, Hindistan qurum üzvlərinə çağırış ediblər ki, neftin qiymətini azaltsınlar, neft defisitini aradan qaldırsınlar, əks halda, bundan dünya iqtisadiyyatı əziyyət çəkəcək.

Nəzəri olaraq, OPEC qərar vermək üçün bütün üzv ölkələrin razılığını əldə etməlidir, amma əvvəllər İranın razılığı olmadan da qərarlar verib. ABŞ -ın sanskiyaları ilə üz-üzə olan İran, hasilatı artırmaq barədə çağırışlara qarşı olur.

(Azadlıq radiosu)