XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

12 Yanvar 2016 - 09:31

Dünya neft bazarında nə baş verir? –Meksika bazardan çıxır

neft fondİri neft ixracatçıları sırasında İraq ilk olaraq neft hasilatının aşağı salınmasına gedəcək.  

Neft naziri Asem Cihad Sputnik agentliyinə açıqlamasında bildirib ki, hasilat 6% aşağı salınacaq:

“Bizim hasilatımız gündə 3.8 milyon barrel təşkil edir.  Bu il gündə 3.6 milyon barrel neft hasil edilməsi planlaşdırılır”.

Onun sözlərinə görə, neftin qiymətinin aşağı düşməsi nəticəsində İraqın neft gəlirləri 70% azalıb. Əgər neftin 1 barrelinin qiyməti 90-100 dollar olduğu halda Bağdad hər ay  8 milyard dollar gəlir əldə edirdisə, hazirda daxilolmalar 3 milyarda qədər aşağı düşüb.

Meksika da neftin qiymətinin aşağı düşməsi ilə çox böyük zərbə alıb.  Meksika neftinin 1 barreli 23 dollardan aşağı satılmağa başlayıb. Meksika neftinin 1 barrelinin qiyməti 2.07 dollar təşkil edib. Bu barədə Financiero xəbər portalı məlumat yayıb.

Beləliklə, Meksikanın dövlət neft şirkəti Pemex hasil edilən hər barreldə 93 sent ziyana düşüb.

Meksika 10 iri neft ixracatçısı sıyasınında sonuncu yeri tutur.  Dünya bazarının 3% onun payına düşür.  Bu il ilk 6 ticarət sessiyası ərzində Meksika nefti 5.3 dollar aşağı düşüb. Hazırda 2013-cü ilin sentyabrından bu yana Meksika nefti ən ucuz qiymətə satılır.

Ekspertlər qeyd edirlər ki, bu cür davam edərsə, Meksika neft bazarını tərk edəcək.

Bu arada neftin qiymətinin davamlı düşməsi Rusiyanı da xərcləri azaltmağa vadar edir. Röyteragentliyinin məlumatına görə, Rusiya  büdcəsi xərclərinin  ​10% azadılması ilə bağlı  qərar qəbul edilib. Rusiya baş naziri Dmirti Medvedyevin yanında keçirilən müşavirədə qərara alınıb ki, yanvarın 15-dək xərclərin 10% həcmində azaldılması ilə bağlı təkliflər verilsin.

2016-cı il Rusiyanın dövlət büdcəsində neftin 1 barreli 50 dollar səviyyəsində hesablanıb. Büdcə kəsirinin isə 3% olacağı təxmin edilib. Neftin qiymətinin davamlı düşməsi isə artıq büdcəsinin icrasını təhlükə altında qoyub.

Neft gəlirlərinə olan böyük ehtiyac qiymətin aşağı düşməsinə baxmayaraq, Rusiyanı ötən il neft və qaz hasilatını rekord səviyyədə artırmağa məcbur edib.  2015-ci ildə Rusiyada neft və qaz kondensatı hasilatı 534 milyon ton təşkil edib. Bu 2014-cü illə müqayisədə 1.4% çoxdur və ölkənin rekordu sayılır.

Ekspertlər bu ildə Moskvanın neft hasilatını 2015-ci il səviyysəində saxlamağa çalışacağını qeyd edirlər. 2017-ci ildə hasilatın 10% azalacağı təxmin edilir.

Qeyd edək ki, 2015-cı il yanvar-oktyabr aylarında ölkədə 35 milyon 25,8 min ton xam neft (qaz kondensatı daxil olmaqla) çıxarılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2% azdır. Təxmin etmək olar ki, 2015-ci ilin yekunu nolaraq neft hasilatının 3% azalacaq.

Ötən il Azərbaycanın neft gəlirərinin əvvəlki illərlə müqayisədə 10 milyard dollardan çox azalıb.

2015-ci ilin 10 ayı ərzində 24 milyard 545,8 milyon kub metr təbii qaz çıxarılıb ki, bu da keçən ilin analoji dövrünün göstəricisindən 2,7% aşağıdır.

2014-cü ildə Azərbaycanda bütovlükdə 41,9 milyon ton neft, 29 milyard 615,3 milyon kub metr qaz çıxarılıb.

Ekspertlərin təxminlərinə  görə, neftin qiyməti 30-32 dollar ətrafında qlamaqda davam edərsə, Azərbaycan da Rusiya kimi dövlət büdcəsi xərclərinin 10% azaldılmasına gedə bilər. Azərbaycanın 2016-cı il dövlət büdəcində neftin 1 barreli 50 dollardan hesablanıb. 

Strateq.az