XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

24 İyun 2018 - 00:23

Türkiyə və AKP üçün tarixi gün –Ərdoğan və partiyası böyük sınaqla üzbəüz

Bu gün Türkiyədə növbədənkənar prezident və parlament seçkiləridir.

Strateq.az xəbər verir ki, prezident seçkisində əsas mübarizənin hazırkı prezident Ərdoğanla CHP-nin namizədi Muharrəm İncənin arasında gedəcəyi gözlənilir.

Qeyd edək ki, prezidentliyə digər əsas namizədlər “İYİ”nin qurucusu Maral Akşener, “Səadət”in lideri Temel Karamollaoğlu və HDP-nin həbsdə olan hımsədri Dəmirtaşdır.

Parlament seçkisində gəldikdə isə əsas mübarizənin AKP-MHP-nin yaratdığı “Cumhur” ittifaqı ilə CHP-İYİ-Səadət partiyalarının qurduğu “Millət” blokunun arasında gedəcəyi şəksizdir.

Seçkidə səsvermə Bakı vaxtı ilə saat 9-da başlayıb, 18.00-da bitəcək.