XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

24 İyun 2018 - 12:17

Rusiya Makedoniyanı hədələdi:"Elə səhvlər var ki, nəticələri mütləq olur”

Makedoniya ətrafında cərəyan edən ad probleminin konstitusiya yolu ilə həllini tapması Balkanlarda sabitliyin qorunmasına dəstək olacaq.

Bu sözləri Rusiyanın Avropa Birliyindəki daimi nümayəndəsi Vladimir Çijov deyib.

Makedoniyanın NATO-ya üzvlük məsələsini də dəyərləndirən diplomat bunun yanlış bir addım olduğunu və nəticələrinin qaçılmaz olduğunu qeyd edib.

“Makedoniya NATO-ya üzv olsa, əlbəttə ki, biz nüvə bombaları atmayacağıq. Dediyim kimi hər bir ölkənin qərar qəbul etmək və səhv etmək hüququna sahibdir. Belə ki, səhv var, səhv var. Elə səhvlər də var ki, nəticələri mütləq olur”, – diplomat bildirib/Axar.az.