XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

24 İyun 2018 - 13:55

Türkiyədə seçki: saxtakarlıqlarla bağlı videolar yayıldı –YSK açıqlama yaydı

Xəbər verildiyi kimi, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilir.

Strateq.az Türkiyə mətbuatına istinadən bildirir ki, artıq ölkənin bəzi bölgələrində seçki saxtakarlığı haqda məlumatlar var.

Hətta Şanlıurfanın Suruç bölgəsində seçki qutularına kütləvi şəkildə saxta bülletenlərin atıldığı barədə videolar da yayılıb.

Bundan başqa, İstanbul və digər şəhərlərdə də bir nəfərin bir neçə adamın yerinə səs vermələri haqda faktlar da yerli mətbuatda yer alıb.

Məsələ ilə bağlı Türkiyə Yüksək Seçki Kurulu (YSK) rəsmi açıqlama yayıb. Qurumun sədri Sadi Güvən bildirib ki, yaşanan saxtakarlıqlarla bağlı müvafiq tədbirlər həyata keçirilib: “Suruçdakı bəzi qutuların təhlükəsizliyinin qorunmaması ilə bağlı müvafiq sənədləşmələr aparılıb. Ümumiyyətlə, bu və ya digər iddialarla bağlı bütün lazımlı tədbirlər görülür”.