XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

24 İyun 2018 - 18:05

Türkiyədə seçkidə qan töküldü:Akşenerin silahdaşı və iki vətəndaş öldürüldü

Türkiyədə bu gün keçirilən seçkilərdə qan tökülüb.

Strateq.az Türkiyə mətbuatına istinadən bildirir ki, hadisə Ərzurumda baş verib.

Belə ki, İYİ Partiyanın Ərzurum Karaçoban rayon təşkilatının sədri Mehmet Sıddık Durmaz səsvermə zamanı çıxan davada güllələnib.

Baş verən hadisə ilə bağlı Türkiyə mətbuatına açıqlama verən İYİ Partiyanın Ərzurum şəhər təşkilatının sədri İbrahim Dumlu faktı təsdiq edib. Bildirib ki, öldürülən Durmazın meyiti xəstəxanaya aparılıb.

Hadisə ilə bağlı açıqlama verən CHP Karaçoban rayon təşkilatının sədri Hüsnü Yılan deyib ki, hadisədən əvvəl Daxili İşlər Nazirliyindən 24 nəfər məntəqəyə gəlib: “Biz bunu qəbul etmədik. Bundan sonra adını bilmədiyimiz AKP-li deputatlığa namizəd olan bir gənc gəldi. Onun da məntəqədə durmasını qəbul etmədik. Bu zaman dava düşdü. Atəş açdılar. Nəticədə Mehmet Sıddık Durmaz və səs verən iki vətəndaş dünyalarını dəyişdilər”.

Strateq.az