XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 June 2018 - 22:20

AKP-dən müxalifətə çağırış:"Bütün səslər namusumuzdur, təhrikedici əməllərdən uzaq olun"

Hakim AKP tərəfdarları bu gün keçirilən prezident və parlament seçkilərindəki qələbələri münasibəti ilə Ərdoğanın Ankaradakı evinin qarşısına toplanıblar.

Strateq.az xəbər verir ki, burada mətbuata açıqlama verən AKP-nin rəsmisi Mahir Ünal seçki ilə bağlı müxalifətin radikal bəyanatlarını qızışdırcı, təhrikedici adlandırıb: “Müxalifətin özü də bəyan edib ki, məntəqələrdə 600 mindən çox müşahidəçiləri olub. Bütün bunlar varkən, “Anadolu” agentliyi və YSK-nın üzərindən xalqı təhrik eləmələri, ölkədə xaos yaratmağa cəhdləri qəbuledilməzdir. Bütün bunlara görə onlar məsuliyyət daşıyırlar. Lütfən, bu cür üslubdan, təhrikedici çağırışlardan uzaq olsunlar”.

Mahir Ünal bildirib ki, bütün partiyaların səsləri AKP-nin namusudur: “Biz onları qorumağa borcluyuq”.

AKP rəsmisi onu da bildirib ki, bəzi məntəqələrdə baş verən saxtakarlıq cəhdlərinə də hüquqi qiymət veriləcək.

Strateq.az