XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020

Digər Xəbərlər

25 İyun 2018 - 02:06

MÜHARREM İNCƏ MƏĞLUBİYYƏTİNİ ETİRAF ETDİ:"Ərdoğanın qazandığını qəbul edirəm"

Türkiyədə keçirilən seçkilərdə fəal təbliğat aparan CHP-nin prezidentliyə namizədi Muharrem İncə az əvvəl bəyanat verib.

Strateq.az Türkiyə mətbuatına istinadən bildirir ki, o, məğlubiyyətini etiraf edib: “Ərdoğanın qazandığını qəbul edirəm”.

CHP sədrinin müavini Bülent Tezcan da Ərdoğanın “Balkon” çıxışından sonra açıqlama verib.

O, tərəfdarlarına səslənərək, onlardan hər hansı bir təxribata meyllənməmələrini istəyib: “Nəticələr nə olursa olsun, biz yenə də demokratik mübarizəmizə davam edəcəyik. Seçkidə səlahiyyət verilmiş qardaşlarımız vəzifələri bitənə qədər işlərinə davam edəcəklər”.