XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

26 İyun 2018 - 15:20

Akşener jurnalistlərin qarşısına çıxdı:"İqtidar bizə hər cür maneə yaratdı, İncənin iddiasına gəldikdə isə..."

İYİ Partiyanın lideri Meral Akşener seçkidən sonra ilk dəfə jurnalistlərin qarşısına çıxıb.

Strateq.az Türkiyə mətbuatına istinadən bildirir ki, o, bu gün partiyasının rəhbərliyi və yeni seçilən deputatlarla görüşdən sonra mətbuata açıqlamalar verib.

Akşener bildirib ki, seçkidə əldə olunan nəticələr partiya rəhbərliyində müzakirə olunub: “Mən, hazırkı vəziyyəti dəyərləndirib, yeni yol xəritəmizin müəyyənləşdirilməsini istədim. Bildirdim ki, çıxacaq bütün qərarlara əməl edəcəyəm. Rəhbərlik də müzakirə elədi, qərar verdi ki, qısa zamanda bacardığımız işlər təqdir olunmalıdır və mənim liderliyimlə yola davam edilməlidir. Buradan hamısına mənə güvəndikləri üçün bir daha təşəkkür edirəm”.

Akşener deyib ki, İYİ partiya qısa zamanda ölkədə mərkəzçi partiya olduğunu sübut edərək, Türkiyə siyasətinə damğasını vurub: “Mən və dava dostlarımız bir an belə qərarlığımızdan vaz keçmədik. İqtidar bizə saysız əngəl yaratdı, iftiralar atdı. Bütün bunlara rəğmən, seçkidəki ilk addımımızın qazanc olduğunu düşünürəm. Artıq məclisdə deputatlarımız var, birlikdə daha təsirli mübarizə aparacağıq. Bütün bunlara görə, xalqımıza, bütün partiyadaşlarımıza, xüsusilə gənclərimizə təşəkkür edirəm”.

Akşener Muharrem İncənin “Digər müxalifət partiyaları gözlədiyimdən çox az səs aldı” ittihamına da reaksiya verib: “İncə CHP-nin sistemi içində olan biridir. Onun təmsil etdiyi 100 illik CHP 22, 50 illik MHP 11, bütün imkanları ilə səfərbər olmuş AKP 41, HDP isə 11 faiz səs alıb. Qısa müddətdə yaranmış İYİ isə 10 faiz səs toplayıb. Bunları görmək və təhlil etmək gərəkdir. O üzdən İncənin iddiasını qəbul etmirəm”.

Strateq.az