XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

26 İyun 2018 - 18:56

Avropa İttifaqı Makedoniya və Albaniyaya görə iki yerə bölünüb –3 dövlət 25 ölkəyə qarşı çıxır

Avropa İttifaqına (Aİ) daxil olan 28 ölkədən 25-i Makedoniya və Albaniyanın təşkilata daxil olması ilə bağlı danışıqların başlanmasını dəstəkləyib, üç ölkə isə qərarın hələlik təxirə salınmasını istəyib.

Bu barədə Yunanıstan xarici işlər naziri Nikos Kodzias Aİ ölkələri Nazirlər Şurasının iclasından sonra bildirib.

“Düşünürəm ki, iki qrup ölkə var: onlardan biri çoxluq təşkil edir – 25 ölkə və onlar danışıqlara başlanılmasının tərəfdarıdır, digər qrupa daxil olanlar – Fransa, Danimarka və Hollandiya isə prosesin ertələnməsini istəyirlər”, – N.Kodzias deyib/Report.