ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Uess Mitçell bildirib ki, rəsmi Ankara Rusiyanın S-400 raketlərini alacağı təqdirdə, Türkiyə sanksiyalarla müşahidə edilən xoşagəlməz nəticələrlə qarşılaşacaq.
Bu barədə RİA “Novosti” məlumat yayıb.
O, qeyd edib ki, ABŞ “Amerikaya qarşı çıxanlar əleyhinə sanksiyalar haqqında” qanuna uyğun olaraq Türkiyəyə sanksiyalar tətbiq edəcək.
Uess Mitçell əlavə edib ki, Türkiyənin Rusiya silahını əldə edəcəyi təqdirdə, Amerika-Türkiyə münasibətləri çox güclü şəkildə dəyişəcək və bu münasibətləri bərpa etmək çətin olacaq/Report.