ABŞ İrana təzyiq göstərməyə davam edəcək və eyni zamanda ümid edir ki, digər ölkələr də Vaşinqtonu dəstəkləyəcək.
Bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli deyib.
Diplomat İranı Şimali Koreya ilə müqayisə edib: “Biz ümid edirik ki, digər ölkələr də İrana təzyiqi davam etdirəcəklər, çünki İran bizim gözümüzdə daha bir Şimali Koreyadır”.
N.Heyli əlavə edib ki, Vaşinqtonda İranın təhdid olduğundan əmindirlər/Trend.