XƏBƏR LENTİ

25 May 2020

Digər Xəbərlər

28 İyun 2018 - 16:31

PUTİNLƏ TRAMPIN GÖRÜŞ YERİ VƏ TARİXİ AÇIQLANDI

Rusiya və ABŞ prezidentləri arasında planlaşdırılan görüşün vaxtı məlum olub.

APA-nın Moskva müxbirinin  verdiyi məlumata görə, Vladimir Putin və Donald Tramp arasındakı görüş iyulun 16-da Finlandiyanın paytaxtı Helsinki şəhərində keçiriləcək.

Kremlin mətbuat xidmətinin yaydığı məlumata əsasən, görüşdə Rusiya-ABŞ münasibətlərinin hazırkı vəziyyəti və perspektivləri, eləcə də beynəlxalq gündəmdə olan məsələlər müzakirə olunacaq.