XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

28 İyun 2018 - 17:22

 AŞPA-dan Azərbaycanla bağlı daha bir qərar –Monitorinq Komitəsi yeni həmməruzəçi seçdi

 

AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə yeni həmməruzəçisi seçilib.

Bu vəzifəni britaniyalı deputat Rocer Geyl (Roger Gale) icra edəcək.

O, bu vəzifədə Sezar Florin Predanı əvəzləyib.

Azərbaycan üzrə ikinci həmməruzəçinin seçimi Assambleyanın yay sessiyası çərçivəsində baş tutub.

Xatırladaq ki, daha əvvəl AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Ştefan Şennax həmməruzəçilərin sentyabr ayında ölkəyə səfər etməyi planlaşdırdıqlarını bildirib/Report.