XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 June 2018 - 20:35

Yunanıstanın XİN başçısı hədələndiyini bəyan etdi:"Mənə qan, güllə və torpaqla dolu qutular göndərilir"

Yunanıstan Xarici İşlər naziri Nikos Kocias özünün və ailəsinin çoxsaylı təhdidlər aldığını bildirib.

Yunan nazir təhdidlərin Makedoniya Respublikasının adının dəyişdirilməsi ilə bağlı razılaşdırılan yeni konstitusiya aktı ilə bağlı olduğunu bəyan edib.

“Mən 800-dən çox təhdid məktubu aldım. Mən qan və torpaqla dolu qutular qəbul etdim. Həmçinin içərisində güllələr olan konvertlər də ünvanıma göndərildi. Prokuror haradadır? Söhbət cinayətdən gedir, amma mən reaksiya görmürəm. Məni telefonla da hədələyirlər. Hökumət sadəcə şərh edir”, – deyə Kocias bildirib.

Qeyd edək ki, bundan öncə Makedoniya parlamenti ölkənin adının dəyişdirilərək Şimali Makedoniya adlandırılmasıyla bağlı qərar qəbul edib. Bu qərardan sonra rəsmi Skopye ölkənin adıyla bağlı uzun illərdir Yunanıstanla yaşanan böhrana son qoyulması üçün Afina ilə müqavilə imzalayıb. İvanov hökumətin təklif etdiyi bu qərara rəsmən qarşı çıxıb. Prezident iyunun 13-də də bu razılaşmanı təsdiq etməmişdi.

Makedoniya hökumətinin atdığı addımı Rusiya da qınayıb. Moskva bunu NATO-nun şərqə irəliəməsinə cəhd kimi dəyərləndirib. Çünki ad Makedoniyanın NATO-ya qəbuluna maneə sayılır/Axar.az.