XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

29 İyun 2018 - 15:05

Fazil Mustafa hökuməti sərt tənqid etdi:"Əhalinin çəkdiyi zülmü, doğrudanmı, görmürük?"

Bu gün Milli Məclisin iclasında çıxışı zamanı deputat Fazil Mustafa Bakı-Sumqayıt yolunda son günlər yaranmış tıxac mövzusunda danışarkən, maraqlı fikirlər səsləndirib. O, bütövlükdə paytaxt və ətraf qəsəbələrdə yaşayan əhalinin yollardakı tıxacdan zinhara gəldiyini vurğulayıb, alternativ yolların olmamasına və kasıb əhalinin isə xüsusilə bu vəziyyətdən xeyli əziyyət çəkməsi faktına diqqəti yönəldib.

Strateq.az  bildirir ki, deputat çıxışında deyib: “Burada, adətən, yol polisindən, ictimai nəqliyyatdan və piyadalardan bəhs olunur, amma digər məsələlər unudulur. Biz bu üç subyektin cəzasını həmişə artırırıq. Dövlət büdcəsinə də müəyən vəsait gəlir. Keçən il büdcədə 2 milyardlıq artım olub. “Bakıxanov” qəsəbəsində metro tikilməliydi. Amma iki il keçib, metro tikintisinə vəsait ayrılmır. Artıq Xırdalan yolu ilə bağlı məsələ də hər birimizi narahat edir. Əhalinin çəkdiyi zülmü, doğrudanmı, biz görmürük? Minlərlə insan küçələrdə qalıb, alternativ yol yoxdur. Türkiyənin İstanbul şəhərində metro ilə istənilən yerə getmək mümkündür. Üstəlik, avtobuslar üçün ayrıca yol xətləri çəkilib. Həm tıxac yaranmır, həm də vaxtında işə yetişmək mümkün olur. Bir ildən sonra Bakı fəlakətli vəziyyətdə olacaq. Bir yol bağlanıb, əhali zinhara gəlib, vaxtında tədbir görülməlidir! Alternativ yol olmayanadan sonra, sürücü neyləsin? Kasıb əhali iş yerinə gəlmək üçün iki-üç marşrut dəyişməlidir, əlavə xərc çəkməlidir. Yaxud hava limanına metro xəttinin çəkilməsi çoxmu çətindir? Niyə adamlar ora taksi ilə getməldir? Bəlkə, bu, kiminsə marağındadır, bilmirəm”.