XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

29 İyun 2018 - 17:06

Prezident DİN-nin iki zabitinə ali hərbi və ali xüsusi rütbə verdi –Sərəncam

Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zabitlərinə ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Strateq.az xəbər verir ki, sərəncama əsasən, Daxili İşlər Nazirliyinin aşağıdakı zabitlərinə ali hərbi və ali xüsusi rütbələr verilib:

general-leytenant ali hərbi rütbəsi

general-mayor Fazil Nəriman oğlu Ələkbərova

polis general-mayoru ali xüsusi rütbəsi

polkovnik Heydər Teyyub oğlu Heydərova.

Xatırladaq ki, Fazil Ələkbərov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, Heydər Heydərov isə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisidir.

***

Prezidentin digər sərəncamı ilə Kamal Qafarova “Əməkdar həkim” fəxri adı verilib.

O, Daxili İşlər Nazirliyində səhiyyə sahəsinin inkişafında xidmətlərinə mükafatlandırılıb.