XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

30 İyun 2018 - 13:34

General Kərim Vəliyev:"Heç kəs istəmir ki, qan tökülsün, ancaq..."

“Azərbaycan Ordusu işğal altındakı torpaqların azad olunması istiqamətində hazırlıqlarını davam etdirir”.

Bunu Azərbaycan müdafiə nazirinin şəxsi heyət üzrə müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev deyib.

Onun sözlərinə görə, bunun üçün mütəmadi təlimlər keçirilir, Ordunın maddi-texniki bazası gücləndirilir: “Beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müxtəlif qətnamələr, qərarlar qəbul etsələr də, münaqişənin həllinə laqeyd və ikili standartlarla yanaşırlar. Ona görə də biz torpaqlarımızı işğaldan azad etmək üçün hazırlıqlarımızı davam etdiririk. Düzdür, heç kəs istəmir ki, qan tökülsün. Amma Ali Baş Komandanın əmr verdiyi an torpaqlarımızı işğaldan azad etməyə hazır olacağıq”.

Nazir müavini vurğulayıb ki, Azərbaycan dövlətinin, həmçinin Ordusunun gücü və nufuzu gündən-günə artır: “Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi ilə bağlı keçirilən parad bunu bir daha təsdiqlədi. Paradda müxtəlif ölkələrin Təhlükəsizlik şuralarının katibləri, müdafiə nazirləri, Baş Qərargah rəisləri, müdafiə nazirlərinin müavinləri iştirak edirdilər”.

Report