XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

21 Aprel 2015 - 13:32

Müdafiə Nazirliyi cəbhədə hərəkətlənmə xəbərinə reaksiya verdi – Rəsmi

Müdafiə Nazirliyi cəbhə zonasında hərbi texnikanın hərəkətə başlaması ilə bağlı xəbərlərə reaksiya verib.

Strateq.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, bəzi elektron kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə hərbi texnikanın, canlı qüvvənin hərəkəti ilə bağlı video görüntülər yayılıb:

Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, hərbi hissələrin, döyüş texnikasının, şəxsi heyətin və digər hərbi elementlərin dislokasiya yerinin dəyişməsi, əvəzlənməsi və yenilənməsi Silahlı Qüvvələrin komandanlığının səlahiyyətləri çərçivəsindədir və əvvəlcədən təsdiq edilmiş plana uyğun olaraq həyata keçirilir.

Qoşunların döyüş hazırlığı səviyyəsinin yoxlanılması məqsədilə müdafiə nazirinin əmrinə və Silahlı Qüvvələrin Baş Qərargah rəisinin sərəncamına əsasən hərbi hissə və birləşmələr planlı şəkildə “Həyəcan” siqnalı ilə qaldırılaraq onların döyüş qabiliyyəti və manevr imkanları yoxlanılır”.

Strateq.az