XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

02 İyul 2018 - 00:02

Türkiyə yenidən erkən seçkiyə gedir, nazirdən anons:"Yeni hökumət elan olunandan dərhal sonra başlamalıyıq"

Türkiyədə 2019-cu ilin mart ayında keçirilməsi nəzərdə tutulan bələdiyyə seçkiləri də vaxtından əvvəl keçirilə bilər.

Strateq.az xəbər verir ki, bunu Qida, Əkinçilik və Heyvandarlıq naziri Ahmet Eşref  Fakıbaba “CNN-Türk” kanalına müsahibəsində deyib.

AKP-li nazir bildirib ki, yeni hökumət qurulduqdan dərhal sonra bələdiyyə seçkilərinə hazırlaşmaq lazımdır: “Bilirəm ki, bu seçki çox ciddi rəqabət şəraitində keçəcək. Məncə, çoxluğun dediyi və arzuladığı kimi, həqiqətən vaxt itirmək lazm deyil. Ölkədə seçki atmosferi varkən, yeni hökumət elan olunandan dərhal sonra növbədənkənar bələdiyyə seçkilərinə başlamalıyıq”.

Fakıbaba deyib ki, növbədənkənar bələdiyyə seçkisinin sentyabr ayında keçirilməsi haqda fikirləri dəstəkləyir: “Şəxsən mən sentyabr ayında erkən bələdiyyə seçkisinin keçirilməsini istəyirəm”.