XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

03 İyul 2018 - 01:56

BAKI VƏ RAYONLAR QARANLIĞA QƏRQ OLDU:Mingəçevir İES-də partlayış olub - Nə baş verir?

Hazırda Mingəçevir İES-də vəziyyət nəzarət altındadır.

FHN-dən APA-ya verilən məlumata görə yanğın tamamilə söndürülüb, soyutma işləri aparılır və vəziyyət tamamilə nəzarət altındadır.

Ölkə ərazisində elektrik enerjisinin verilişi mərhələli şəkildə bərpa ediləcək. Heç bir panikaya əsas yoxdur,” deyə FHN rəsmisi bildirib.

Qeyd edək ki, hadisə nəticəsində ölən və yaralanan olmayıb. Məlumata görə ölkənin şimal rayonlarının bəzilərinə elektrik enerjisinin verilişi bərpa edilib. Bir neçə saat ərzində bütün ölkə ərazisində elektrik enerjisinin verilişi bərpa edilib.

***

Mingəçevirdə İES-də yanğın söndürülüb.

APA-nın məlumatına görə, partlayış 6-cı blokda baş verib. Həmin blok enerji istehsalı ilə məşğul olur və paylayıcı stansiyalara enerji ötürür. Yanğın məhz bu blokda baş verib. Yanğın söndürülüb.

Hadisənin ilkin səbəbi kimi həddindən artıq yüklənmə göstərilir.

Hadisə yerinə FHN-nin qüvvələri cəlb olunub və artıq 6-cı blokda və  yarımstansiyada baş verən yanğın söndürülüb.

***

Mingəçevir şəhərində yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyasında qəza baş verib.

İES-də enerji bloklarından birinin fəaliyyətini dayandırması nəticəsində Bakı və Sumqayıt şəhərləri də daxil olmaqda, Şirvan, Gəncə, Ağdaş, Bərdə, Qax, Zaqatala və digər əksər rayonlarda işıqlar sönüb.

“Azərişiq” ASC-nin sədri Baba Rzayev başda olmaqla bütün işçilər təcili qaydada işə çağırılıb. Hadisənin səbəbləri araşdırılır.Bunu “Report”a “Azərişıq”ın mətbat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev təsdiq edib.

Tezliklə ətraflı məlumat veriləcək.

***

Mingəçevir şəhərində fəaliyyət göstərən ölkənin ən böyük elektrik stansiyası olan Azərbaycan İES 1-ci və 6-cı enerji blokunda partlayış baş verib hal hazırda yanğın davam edir.

APA-nın məlumatına görə, FHN-nin Mingəçevir və ətraf rayonlardan olan yanğından mühafizə hissələri hadisə yerinə cəlb olunub.

Hadisənin səbəbi hələlik məlum deyil. Hazırda ölkənin əksər rayonlarında elektrik enerjisinin verilişi dayanıb.

***

Mingəçevir şəhərində yerləşən “Azərbaycan” İES-nin yarımstansiyasında partlayış nəticəsində yanğın baş verib.

Baş vermiş partlayış və ardınca başlayan yanğının söndürülməsi üçün FHN-nin yanğınsöndürmə briqadaları əraziyə cəlb olunub.

Hadisə bloklardan birində baş verib. Qəza yerinə təcili tibbi yarım xidməti əməkdaşları da gedib. Hazırda ölən və ya yaralananların olması barədə məlumat yoxdur.

Stansiya ərazisinə xidməti maşınlardan başqa heç kim buraxılmır/Report.

***

“Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyev qəza nəticəsində bütün ölkədə işıqların sönməsi ilə əlaqədar qurumun dispetçer mərkəzinə gəlib.

Hazırda onun rəhbərliyi altında güclərin ötürülməsi prosesi həyata keçirilir.

Bildirilir ki, “Azərenerji” ASC hazırda Gürcüstan və ya Rusiyadan enerji mübadiləsinin aparılması və qəzanın nəticələri aradan qaldırılanadək respublikanın elektrik enerjisi ilə təmin edilməsinə çalışır.