XƏBƏR LENTİ

21 Yanvar 2021

Digər Xəbərlər

05 İyul 2018 - 00:06

NAZİR RAMİL USUBOV:"Təxribata çağırış edənlər müəyyənləşdirilir və haqlarında tədbirlər görülür"

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev ölkədəki enerji problemi ilə bağlı müşavirə keçirib.

Strateq.az xəbər verir ki, həmin müşavirədə Daxili işlər naziri Ramil Usubov da çıxış edərək, ölkədə təxribata çağrışların olduğunu deyib.

Nazir Ramil Usubovun həmin çıxışını təqdim edirik:

“Hörmətli cənab Prezident.

Hadisə baş verəndən sonra dərhal Sizin tapşırığınızı rəhbər tutaraq, göstəriş verdim ki, biz fövqəladə hallarda hansı hərəkəti etməliyik. Daxili İşlər Nazirliyi olaraq digər qurumlarla birlikdə asayişin qorunması, təhlükəsizliyin təmin edilməsi üçün əlavə tədbirlər işlədik hazırladıq və həyata keçirməyə başladıq.

Məruzə edirəm ki, təqribən 30 min nəfərin təxliyə olunmasında Fövqəladə Hallar Nazirliyi ilə birgə iştirak etdik və eyni zamanda, avtobusların vətəndaşlarımızı evlərinə aparmasında da yol polisi onları müşayiət etdi. Hərəkətin təhlükəsizliyi ilə bağlı, hörmətli cənab Prezident, Dövlət Yol Polisi ilə bərabər Post Patrul Xidmətinin 150 nəfər əməkdaşını da Bakı şəhərində bu işə cəlb etdik və normal hərəkət təmin olundu.

Bildirmək istəyirəm ki, bundan sonra dövlət əhəmiyyətli obyektlərin, diplomatik korpusların yerləşdiyi ərazilərin qorunması da tərəfimizdən gücləndirildi.

Məruzə edirəm ki, elektrik enerjisinin olmaması ilə bağlı bu iki gündə elə bir ağır cinayət hadisəsi baş verməyib. Bu gün ölkəmizdə vəziyyət tam nəzarət altındadır. Bəzi təxribata çağırışlar olur, cənab Prezident, həmin adamları da biz müəyyənləşdiririk və qanun çərçivəsində onlar haqqında tədbir görülməsi davam etdirilir”.