XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

22 Aprel 2015 - 05:50

Baş nazir qərar verdi, iki dövlət orqanına vəzifə həvalə olundu
Nazirlər Kabineti “Azərbaycan Respublikasında ovçuluqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.
Dəyişikliyə əsasən Azərbaycanda “Ovçuluq bileti”nin verilməsi üzrə subyekt qismində iki dövlət orqanı müəyyənləşib.
Azərbaycanda “Ovçuluq bileti”ni Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyində olan “Hərbi Ovçuluq İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin üzvlərinə münasibətdə Xüsusi Dövlət Mühafizə Xidməti verəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilən “Ovçuluq bileti” indiyə qədər verilən formada hazırlanacaq. Qərara əsasən, Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən tabeliyində olan “Hərbi Ovçuluq İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin üzvlərinə verilən “Ovçuluq bileti” ilə bağlı forma da müəyyənləşib.
Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən verilən “Ovçuluq bileti”nin cildi tünd-qırmızı rəngdə olur və ölçüləri 7,0 sm x 10,0 sm təşkil edir. “Ovçuluq bileti”nin üz qabığının yuxarı hissəsində Azərbaycan Respublikasının Dövlət gerbi həkk olunur və onun altında “Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti” sözləri yazılır. Ovçuluq biletinin üz qabığının orta hissəsində iri hərflərlə “OVçULUQ BİLETİ” sözləri yazılır.
“Ovçuluq bileti” müddətsiz veriləcək.
APA