Ermənistanın hansı sülh razılaşmasını imzalamasından asılı olmayaraq, o, Qarabağın səsi olmadan stabil və uzunmüddətli olmayacaq.
Bunu “Şant” televiziyasına müsahibəsində Ermənistan Xarici İşlər naziri Zoqrab Mnatsakanyan deyib.
“Əgər biz sülh razılaşmasına çalışırıqsa, o zaman bunun əsasında kompromis ideyası konsepsiyası yatır”, – o bildirib.
Qeyd edək ki, rəsmi İrəvan Paşinyanın baş nazir olmasından sonra Qarabağ siyasətində dəyişiklik edib. Ermənistan danışıqlarda Qarabağın təmsil olunmasının vacibliyi ilə bağlı təbliğata başlayıb/Axar.az.