XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

07 İyul 2018 - 17:46

Ərdoğan Binəli Yıldırıma vitse-prezident postunu vermədi –Keçmiş Baş nazir spiker olacaq

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) Böyük Millət Məclisinin sədri postuna iyulun 12-də keçiriləcək seçkidə sürpriz namizəd irəli sürüb.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki,  Ərdoğanın lideri olduğu partiya parlamentin sədri vəzifəsində keçmiş baş nazir Binəli Yıldırımın namizəliyini göstərib.

Xatırladaq ki, Yıldırım spiker seçilməsi üçün 400 səs almalıdır. Lakin AKP və onun müttəfiqi MHP-nin parlamentdə bu qədər səs verəcək deputatı yoxdur. Ona görə əgər spiker birinci və ikinci tur seçkisində tələb olunan səsi qazana bilməsə, o zaman onun 3-cü turda 301 deputatın səsi ilə həmin posta seçiləcəyi şübhə doğurmur.

Onu da qeyd edək ki, AKP-nin parlamentdə 296 deputatı var. 43 deputat isə MHP-ni təmsil edir.