XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 July 2018 - 17:08

İcra başçısından baş verən faciəyə ilginc reaksiya:"Mən nə qəzet oxuyuram, nə də sayt..."

Qubada bir nəfərin ölməsi, 4 nəfərin yaralanması ilə bağlı xəbər vermişdik. Hadisənin hansı səbəbdən baş verməsi isə hələ ki bəlli deyil.

Baş verən hadisə ilə bağlı “Bizimyol.info” nun əməkdaşı Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevlə əlaqə saxlayıb.

O, hadisə haqda olduqca qəribə danışlb.

“Siz bu haqda məlumat almaq istəyirsiz? Mən nə qəzet oxuyuram, nə də sayt. Qısası budur… Qardaş, mən qəzet oxumuram. Nə baş verirsə, mən də camaat kimi televiziyadan məlumat alıram” – deyə icra başçısı bildirib.

Jurnalistin bir daha Qubada kanatda baş verən hadisəni xatırladaraq “Bu barədə məlumatlısınızmı? Hadisə hansı səbəbdən baş verib? sualına icra başçısı “aha…aha…” deyə cavab verib, daha sonra isə dəstəyi asıb.