XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

22 Aprel 2015 - 07:20

Ağstafa dəmiryolçuları etiraza qalxdı – ÖZƏL

Bu gün saat 10:30-da Ağstafa rayonunda 30-a yaxın dəmiryolçu etiraz aksiyası keçirib.

Strateq.az bildirir ki, aksiya iştirakçıları əvvəlcə YAP-ın Ağstafa rayon təşkilatının qərargahı önünə toplaşıblar, daha sonra isə İcra Hakimiyyətinin binası istiqamətində yürüşə başlayıblar. Ancaq rayon polisi müdaxilə edərək, yürüşün qarşısını alıb. Hadisə yerinə İcra Hakimiyyəti nümayəndələri gələrək, aksiyaçıların tələbləri ilə maraqlanıblar.

Məlum olub ki, bir neçə gün əvvəl əsasən Ağstafa – Böyük-Kəsik stansiyalarında çalışan dəmiryolçulardan bir neçəsini işdən çıxarıblar, həmçinin maşinistlərin yerləri Gəncəyə dəyişdirilib. Dəmiryolçular da bu qərarla razılaşmadıqlarından, bu gün etiraz aksiyası keçirməyə qərar veriblər. Dəmiryolçuların tələblərinin yerinə yetirilib-yetirilməyəcəyi hələlik məlum deyil.

Strateq.az