XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 July 2018 - 00:36

Deputat Qənirə Paşayeva:"Bu oyunları quranlar, icra edənlər, təxribatçılar ciddi cəzalandırılmalıdır"

“Hamımız dövlətimizin yanında olmalıyıq və ölkəmizi qarışdırmaq istəyən xarici və daxili qüvvələrin istəklərinə çatmalarına birlikdə imkan verməməliyik”.

Strateq.az xəbər verir ki, bu sözləri deputat Qənirə Paşayeva sosial şəbəkədəki səhifəsində yazıb.

O, Gəncədə iki polisin şəhid edildiyi hadisənin çox ağır olduğunu bildirib.

Deputatın sözlərinə görə, bu oyunları quranlar, icra edənlər, təxribatçılar qanunla ciddi cəzalandırılmalıdır:  “Şəhid polislərimizə Allahdan rəhmət, əzizlərinə səbir diləyirik”.