XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

17 Yanvar 2016 - 12:01

Deputatdan təklif:"Yerli məhsulların yuxarı qiymət həddi müəyyənləşməlidir"

fuadmurad-1Azərbaycanda yerli məhsullarda yuxarı qiymət həddi müəyyən etmək lazımdır.

Bunu Trend-ə Milli Məclisin deputatı Fuad Muradov deyib.
Onun sözlərinə görə, dünya təcrübəsində ən vacib məhsulların qiymətinin yuxarı həddini müəyyən etmək normal qarşılanır: “Misal üçün, dövlət məhsullar üzrə 10 faizə qədər marja müəyyən edə bilər və əgər sahibkar məhsulun qiymətini bu həddən yuxarı müəyyən edərsə, bu halda qanunvericilikdə nəzərdə tutulumuş qaydada tədbirlər görülə bilər”.
İdxal olunan məhsullara gəlincə isə, deputat hesab edir ki, bu məhsulların qiymətinə nəzarət edəcək monitorinq qrupunun yaradılmasına ehtiyac var: “Regionlarda icra hakimiyyəti başçılarının rəhbərliyi ilə monitorinq qruplarının yaradılması lazımdır. Bu yolla hazırda məhsulların qiymətlərinə nəzarət etmək olar”.
F.Muradov həmçinin sahibkarlığın stimullaşdırılmasının vacibliyini vurğulayıb: “Bir sıra istiqamətlər var ki, dövlət burada həm sahibkarlara, həm də distribyutor fəaliyyəti ilə məşğul olan şirkətlərə dəstək göstərə bilər”.