XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 January 2016 - 15:03

İran körfəz birjalarını alt-üst etdi,biz isə...

2İrana qarşı sanksiyaların ləğvindən sonra Körfəz ölkələrinin birjalarında çöküş başlayıb.

Strateq.az xəbər verir ki, məlumatı TASS agentliyi yayıb. Xəbərə görə, Yaxın Şərqin ən böyük birjası sayılan Səudiyyə Ərəbistanının “Tədavül”ünün indeksi 6,5%-lik sərt bir enişlə 5500 bala geriləyib.

Birləşmiş Ərəb Əmirlikləri birjası da həftəyə rekord enişlə başlayıb. “Dubai Maliyyə Bazar Baş İndeksi”birjası neqativ rekorda imza ataraq 2.672,33, “Abu Dabi” birjası isə 3.837,81 bala düşüb.

Oxşar vəziyyət bölgənin ikinci böyük birjası sayılan “Qatar”da da yaşanıb. Bu birja gündəlik əməliyyatlara başladıqdan bir saat sonra ana indeks 5% geriləyərək, 8800 balın altına enib. Küveyt birjası isə 2,4%-lik itki ilə 5000 bal səviyyəsində var-gəl edir.

Ərəb ölkələri birjalarında çöküşlərin ana səbəbi dünya bazarında neftin qiymətlərinin xeyli aşağı düşməsiylə yanaşı, Qərbin İrana qarşı sanksiyaları ləğv etməsidir. İranlı yetkililər dünya bazarında neft təklifini artırmaq məqsədiylə enerji qaynaqlarının istehsalını artıracaqlarını açıqlayıblar. Bu da körfəz birjalarının alt-üst olmasına kifayət edib.

Xatırladaq ki, şənbə günü Beynəlxalq Nüvə Enerji Təşkilatının sədri Yukiya Amano İranın Qərb ölkələri ilə anlaşma şərtlərini yerinə yetirdiyini açıqladığında sonra, AB rəsmiləri sanksiyaların hamısını, ABŞ rəsmiləri isə bir hissəni ləğv etdiklərini açıqlamışdılar.

İrana qarşı sanksiyaların ləğvindən ən çox təsirlənən ölkələrdən birinin də Azərbaycan olacağı gözlənilir. Hakimiyyət isə hələ də qeyri-neft sektorunun inkişafı üçün gərəkli addımlar atmağa tələsmir. Halbuki nefti bizdən çox, torpağı bizdən bərəkətsiz, sənaye infrastrukturu bizdən zəif olan Birləşmiş Ərəb Əmirlikləri belə, neft rəqabətində fayda görmədiyindən ümumiyyətlə, hasilatı dayandıracağını açıqlayıb.Bizimkilər isə hələ də “bəlkə də qaytardılar” havasındadır.

Heydər Oğuz

Strateq.az