XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 July 2018 - 16:06

Tramp NATO-nu özü ilə hesablaşdırdı:"Söz verdilər, xərcləri artıracaqlar"

ABŞ Prezidenti Donald Tramp NATO-ya üzv ölkələrin müdafiə xərclərini 2 faiz həcmində artırmağa söz verdiyini açıqlayıb.

ABŞ Prezidenti ölkəsinin bundan sonra NATO-nun ədalətli münasibətinə inandığını qeyd edib. ABŞ prezidenti ölkəsinin müdafiə xərcləri barədə tələblərinin təmin olunmayacağı halda NATO-dan çıxacağı iddialarını da təkzib edib.

“Dünən bir qədər sərt çıxış etdim, ancaq NATO-ya inamım tamdır. NATO bizdən daha çox Avropaya kömək edir. NATO-dan çıxa bilərəm, ancaq buna ehtiyac duymuram”, – Tramp bildirib.

Ağ Evin rəhbəri 25 ölkə arasında sadəcə 5-nin NATO-nun müdafiə xərcləri hədəflərinə çatdığını vurğulayıb/Axar.az.