XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 July 2018 - 17:02

ÖLKƏDƏ YENƏ İŞIQ PROBLEMİ YARANDI:2 metrostansiyada qatarların hərəkəti dayandı

Hazırda Bakı, Sumqayıt və bir çox yerlərdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranıb.

Strateq.az xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nın mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Modern.az-a metronun Bənövşəyi xəttində enerji verilişinin dayandığını bildirib:

“Yaşıl və qırmızı xətlər normal qaydada işləyir. Bənövşəyi xətdə-“Avtovağzal”-“Memar Əcəmi” stansiyalarına gələn elektrik xətlərində gərginlik olmadığı üçün 16:10-dan etibarən stansiyaya giriş bağlanıb”.

B.Məmmədov deyib ki, tuneldə qatar qalmayıb: “Enerji verilişi bərpa olunan kimi qatarların hərəkəti bərpa olunacaq”.

Metropoliten rəsmisi təhlükəsizlik tədbirləri çərçivəsində digər stansiyaların girişinin bağlanmasının nəzərdə tutulmadığını bildirib: “Hələlik qatarlar işləyir. Enerji verilişinin hansı səbəbdən dayandırıldığı açıqlanmayıb”.