XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

14 İyul 2018 - 23:27

Ərdoğan Putinə xəbərdarlıq etdi:"Əgər Əsəd rejimi İdlibə doğru həmlə edərsə, o zaman razılaşma pozulacaq"

Bu gün Türkiyə prezidenti Ərdoğanla Rusiya prezidenti Putin telefonda danışıblar.

Strateq.az Türkiyə mətbuatına istinadən bildirir ki, iki ölkə lideri telefonda əsasən Suriya böhranı, ikitərəfli enerji ilə bağlı əməkdaşlıqlar və gündəmdəki digər məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.

Türkiyə və Rusiya əlaqələrini daha da inkişaf etdirməkdə qərarlı olduqlarını deyən liderlər “Türk axını” və digər enerji layihələri ilə bağlı işlərin gedişini məmnuniyyətlə qarşıladıqlarını vurğulayıblar.

Daha sonra Ərdoğan və Putin Suriya böhranını müzakirə ediblər. Hər iki lider Suriyanın ərazi bütövlüyü ilə bağlı yekdil rəydə olduqlarını bildirsələr də, Ərdoğan Əsəd rejiminə bağlı olan qüvvələriun Dera rayonunda mülki əhalini hədəfə almasından narahat olduqlarını gizlətməyib.

Ərdoğan bildirib ki, Əsəd rejiminə bağlı qüvvələr İdlibə doğru yönələrsə, bu, “Astana razılaşması”nın tamam ilə pozulması demək olacaq.

Sonda iki lider qərara alıblar ki, bu ayın sonunda üz-üzə görüşmək vacibdir.