XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

15 İyul 2018 - 09:50

ABŞ kəşfiyyatından sensasiyalı açıqlama:"Tramp Putinlə görüşdə tək olmamalıdır..."

Ağ Ev ABŞ və Rusiya prezidentlərinin görüşünün təxirə salınması ilə bağlı aparıcı konqresmenlərin çağırışını rədd edib.

Strateq.az xəbər verir ki, bu barədə Qərb mətbuatı xəbər yayıb.

Qeyd edək ki, ABŞ prokurorluğu iyulun 13-də ötən prezident seçkiləri vaxtı Demokrat Partiyasının serverlərinə hücuma və seçki kampaniyasına dair mail və başqa oğurlanmış məlumatların sızdırılmasına görə Rusiya kəşfiyyatının 12 zabitinə qarşı yeni ittihamlar irəli sürüldüyünü bəyan edib.

Senatdakı kəşfiyyat məsələləri üzrə komitənin həmsədri Mark Uorner iyulun 13-də jurnalistlərə deyib ki, prezidentlər təkbətək görüşməməlidir, görüşün keçiriləcəyi otaqda başqa amerikalılar da olmalıdır.

Qeyd edək ki, görüş iyulun 16-da Finlandiyanın paytaxtı Helsinkidə olmalıdır.

Senatdakı hərbi məsələlər üzrə komitənin sədri Con Makkeyn qeyd edib ki, əgər prezident Donald Tramp, Rusiya tərəfindən ABŞ-a və ümumilikdə dünyada demokratiyaya təcavüzün davam etməsi barədə həmkarı Vladimir Putinə xəbərdarlıq etməyə hazır deyilsə, onda sammit təxirə salınmalıdır.

Amma Kremil 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkisinə müdaxilə etmədiyini bildirir.

Bu qalmaqala görə ABŞ-Rusiya münasibətləri kəskin pisləşib.

Finlandiya sammiti Donald Tramp və Vladimir Putin arasında ilk tamformatlı görüş olmalıdır.

Bunadək prezidentlər iki dəfə beynəlxalq sammitlər çərçivəsində görüşüblər/Azadlıq.org