XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

15 İyul 2018 - 20:54

Fransa Xorvatiyanı 4-2 hesabı ilə uddu –Tarixində ikinci dəfə dünya çempionu titulunu qazandı

Bu gün dünya çempionatının final oyununda Fransa və Xorvatiya qarşılaşıblar.

Strateq.az  xəbər verir ki, Moskvanın “Lujniki” stadionunda Fransa və Xorvatiya yığmaları aşağıdakı heytəd meydana çıxıblar:

Fransa: 1. Uqo Lyoris, 2. Benjamen Pavar, 4. Rafael Varan, 5. Samüel Yumtiti, 6. Pol Poqba, 7. Antuan Qrizmann, 9. Olivye Jiru, 10. Kilian Mbappe, 13. NQolo Kante, 14. Bleyz Matüidi, 21. Lukas Ernandes

Xorvatiya: 23. Daniel Subaşiç, 2. Şime Vrsalko, 3. İvan Striniç, 4. İvan Perişiç, 6. Deyan Lovren, 7. İvan Rakitiç, 10. Luka Modriç, 11. Marselo Brozoviç, 17. Mario Mancukiç, 18. Ante Rebiç, 21. Domaqoy Vida

Oyunda 18-ci dəqiqəsində xorvatlar oz qapısına qol vurublar. Belə ki, Qrizmanın cərimə zərbəsindən ötürdüyü top Mancukiçin başına toxunaraq qapıdan keçib – 1-0.

27-ci dəqiqədə Pereşiç gözəl zərbə ilə hesaba tarazlıq gətirib – 1-1.

36-cı dəqiqədə hakim videoya təkrar baxaraq xorvatların qapısına penalti təyin edib. Qrizmann penaltini dəqiq yerinə yetirib – 2:1

50-ci dəqiqədə bir azarkeş oyun gedə-gedə meydana girib. Dərhal təhlükəsizlik qüvvələri meydana daxil olaraq, həmin şəxsi kənarlaşdırıb.

59-cu dəqiqədə Poqba fransızların növbəti qolunu vurub – 3:1.

64-cü dəqiqədə Mbappe fransızların daha bir qoluna imza atıb – 4:1.

67-ci dəiqiqədə Fransanın qapıçısının səhvindən Mancukiç yararlanır – 4:2

Oyun 4-2 hesabı ilə bitib. Beləliklə, Fransa tarixində ikinci dəfə dünya çempionu titulunu qazanıb.