XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

16 İyul 2018 - 19:00

Helsinki görüşündən sonra liderlər yeməyə yollanıb- Trampdan ilk açıqlama (FOTOLAR)

 

Məlum olduğu kimi, bu gün Helsinkidə ABŞ və Rusiya prezidentlərinin arasında görüş keçirilib.

Strateq.az xarici mətbuata istinadla xəbər verir ki, təkbətək görüşün ardından ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putin yeməyə yollanıb. Yeməkdə hər iki ölkənin nümayəndə heyətləri iştirak edib.

Onların arasında Rusiya prezidentinin köməkçisi Yuri Uşakov, mətbuat katibi Dmitri Peskov, Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov, xarici işlər naziri Sergey Lavrov, Rusiyanın ABŞ-dakı səfiri Con Hantsman, ABŞ dövlət katibi Mayk Pompeo, milli təhlükəsizlik üzrə müşavir Con Bolton, müşavir Fiona Hill də olub.

Yemək zamanı Tramp Rusiya prezidenti ilə görüşünü yaxşı başlanğıc adlandırıb: “Hesab edirəm ki, bu yaxşı başlanğıcdır. Hamı üçün çox-çox yaxşı başlanğıcdır”.

Strateq.az