XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

17 İyul 2018 - 12:09

Tramp Putinlə görüşdə bütün planları pozub:"O, 100 səhifəlik sənədi bir kənara atdı, bildiyi kimi müzakirə apardı"

ABŞ Prezidenti Donald Tramp köməkçiləri tərəfindən dünən Helsinkidə Rusiya dövlət başçısı Vladimir Putin ilə keçirilən görüş üçün hazırlanan 100 səhifəlik sənədin çox hissəsinə laqeyd yanaşıb.

TASS xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti yazıb.

Məlumatlı mənbələrin verdiyi xəbərə görə, D.Trampun dialoqu aparma şəkli böyük ölçüdə plana zidd olub: “Belə ki, plana əsasən ABŞ prezidenti danışıqlarda sərt mövqe tutmalı idi. O cümlədən görüşdən əvvəl Ağ ev rəhbərinin köməkçiləri onunla bir sıra məsələləri müzakirə ediblər, lakin Tramp danışıqlar zamanı qərarını dəyişib və danışıqları öz bildiyi kimi aparıb”.

“The Washington Post”un Ağ Evdəki mənbələri deyiblər ki, Trampın Putin ilə görüşdə qəti mövqe sərgiləməsini ətrafındakılarının hamısı, o cümlədən prezidentin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton və dövlət katibi Maykl Pompeo da istəyib/Report.