XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 July 2018 - 17:36

“Minsk qrupunun statusunda dəyişiklik üçün heç bir səbəb görümürəm” –Amerikalı diplomat

Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ABŞ və Rusiya prezidentləri arasında baş tutan danışıqların gündəmində olmasa da, Minsk qrupunun statusunda dəyişiklik aparmaq üçün heç bir səbəb görümürəm”.

Bunu “Report”a ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Uilyam Gill ABŞ və Rusiya prezidentləri Donald Tramp ilə Vladimir Putin arasında iyulun 16-da Helsinkidə keçirilmiş görüşün Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin aktivləşdirilməsinə təsir edib-etməyəcəyi ilə bağlı suala cavab verərkən deyib.

U.Gill bu prosesdə aktivləşmənin mümkünlüyünə əminliyini bildirib: “Bu proses vaxt tələb edir. Ermənistan hökumətində dəyişiklik olub və bu, ola bilsin, müəyyən aktivlik üçün yol açır”.

ABŞ-ın müvəqqəti işlər vəkili həmçinin növbəti bir neçə ay ərzində ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfər edə biləcəyini də istisna etməyib.