XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

18 İyul 2018 - 00:21

Trampdan Rusiya ilə bağlı gözlənilməz açıqlama:"Kəşfiyyatın rəyini qəbul edirəm, lakin sövdələşmə olmayıb”

“ABŞ-Rusiya münasibətləri əhəmiyyətli dərəcədə yaxşılaşıb”.

“Reuters” agentliyinin verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp deyib.

“Rusiya ilə münasibətlərimiz indiyədək belə pis olmamışdı, lakin indi əhəmiyyətli dərəcədə yaxşılaşıb, gələcəkdə daha da yaxşılaşa bilər”, deyə D.Tramp qeyd edib.

Eyni zamanda, D.Tramp Rusiyaya qarşı sanksiyaların qüvvədə qalacağını bildirib. ABŞ prezidenti həmçinin Rusiyanın 2016-cı il prezident seçkilərinə müdaxiləsinə dair kəşfiyyatın nəticəsi ilə razılaşdığını bildirib.

“Mən kəşfiyyatın rəyini qəbul edirəm, lakin sövdələşmə olmayıb”, deyə D.Tramp vurğulayıb.

Qeyd edək ki, ötən gün Finlandiyanın paytaxtı Helsinkidə ABŞ prezidenti Donald Tramp və Rusiya dövlət başçısı Vladimir Putinarasında görüş keçirilib/APA.