XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

19 İyul 2018 - 11:23

Rəsmi Moskva Xəzər dənizinə “Xəncər” raketləri olan təyyarələr yeritdi –Rusiya nə etmək istəyir?

Rusiyanın arsenalında səsdən sürətli “Xəncər” raketləri olan qırıcı-ələkeçirici “MiQ-31” tayyarələri Xəzər dənizi akvatoriyası üzərində növbə çəkməyə başlayıb.

“İnterfaks” xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən qırıcıların planlı növbətçiliyinin strateji saxlama tədbirləri çərçivəsində keçirildiyini bildiriblər.

Qeyd edək ki, “Xəncər” aviadaşıyıcıları eskada mina gəmilərini və potensial düşmənin kreyserlərini məhv edə bilər. Bu kompleksin döyüş hissəsi “İsgəndər” seriyasının modifikasiyalı aeroballistik raketidir. Bu raketlərlə 2 min kilometrdən çox radiusda olan hədəfləri tam dəqiqliklə vurmaq olur/Report.