XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

19 İyul 2018 - 16:58

Putin Gürcüstan və Ukraynanı təhdid etdi:"NATO-nun aqressiv addımlarına eyni tərzdə reaksiya verəcək”

 

“Ukrayna və Gürcüstanı NATO-ya daxil etmək istəyənlər belə məsuliyyətsiz siyasətin nəticələri barədə də  düşünməlidirlər. Rusiya bu aqressiv addıma qarşı eyni tərzdə reaksiya verəcək”.

Strateq.az “RİA-Novosti”yə istinadən bildirir ki, bu barədə prezident Putin bəyan edib. O, bunu “təcavüzkar addım” adlandırıb.

“Rusiaya üçün təhlükə yaradan belə təcavüzkar addıma qarşı lazımi qaydada cavab verəcəyik” –deyə Putin səfir və diplomatik nümayəndələrlə iclası zamanı vurğulayıb.

Prezident qeyd edib ki, Avropanın  təhlükəsizliyi əməkdaşlıq və etimadın inkişafından keçir: “Avropada təhlükəsizlik və sabitliyin açarı rus sərhədləri boyu NATO-nun hərbi baza və infrastrukturlarını qurmaqda yox, əməkdaşlığın və etimadın genişləndirilməsindədir”.