İran prezidenti Həsən Ruhani ABŞ prezidenti Donald Trampı “Odla oynamamağa” çağırıb.
Bu barədə “Taşim” agentliyi xəbər verib.
“Od ilə oynamayın, çünki buna görə peşman olacaqsız. Siz İranın maraqları və təhlükəsizliyinə qarşı heç bir maneə törədə bilməzsiniz” – İran lideri vurğulayıb.
Həmçinin, Ruhani Amerikalı həmkarının diqqətinə onu da çatdırıb ki, İranla sülh ümumi dünya ilə sülhün açarıdır, İranla müharibə isə digər müharibələrin açarı olacaq: “Təhdidlər İran xalqını daha da bir edir. Biz istənilən halda ABŞ-ın planlarını alt-üst edəcəyik” – İran prezidenti deyib/Report.