XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

22 Yanvar 2016 - 13:55

 “OPEK-lə görüş keçirməmək daha yaxşıdır” –Prezident İlham Əliyev Davosda belə zarafat etdi (VİDEO)

ilham_eliyev_davoszarafatiPrezident İlham Əliyevin Davos Forumunda BBC-nin redaktoru ilə dialoqu maraq doğurub. 

Strateq.az AzNews.az xəbər verir ki, İ.Əliyev jurnalistin “OPEC”lə bağlı ünvanladığı suala zarafatla cavab verib.

Belə ki, Prezidentin jurnalistin “siz OPEC üzvü olmadan gündəlik 800 min barel neft istehsal edirsiniz. Heç OPEC-lə əlaqə yaradıb, “Azərbaycanda çətinlik çəkirik, bununla bağlı bir şeylər etməliyik” demisinizmi?” sualına verdiyi cavab maraq doğurub: “Bəli, bu mövzu OPEC üzvü olan ölkələrlə müzakirənin bir hissəsi olub. “OPEC” üzvləri və böyük qeyri-OPEC istehsalçıları arasında neft istehsalının azaldılması ilə bağlı koordinasiya olarsa, bir nəticə əldə edə bilərik”.

“Lakin qeyd etmək istəyirəm ki, OPEC üzvlərinin hər görüşündən sonra neftin qiyməti düşür. Bu səbəbdən də yeni görüşdən ehtiyatlanırıq. Bəlkə də, bu görüşü keçirməmək daha yaxşıdır”, – deyə, İlham Əliyev yarızarafatla əlavə edib.