XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

23 İyul 2018 - 23:45

Donald Tramp:“Putinlə görüşdə heç nəyi qurban verməmişəm”

 

 ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə görüşdə “heç nəyi qurban vermədiyini” bildirib.

Bu gün yazdığı tvitdə Tramp bir daha Putinlə “yaxşı yola getdiklərini” və bunun “yaxşı şey” olduğunu təkrar edib. O, öz sözlərinə görə “korrupsioner medianı” bu sammiti mənfi çalarlarla işıqlandırmaqda ittiham edib.

Putin və başqa rusiyalı rəsmilər iddia edirlər ki, Tramp və Putin iyulun 16-da Helsinkidə keçirilən sammitdə bir neçə razılıq əldə edib. ABŞ rəsmiləri bu görüş zamanı hər hansısa razılaşma əldə edildiyi barədə heç nə deməyib.

Siz Saxta Xəbərlərin mənim prezident Putinlə görüşüm barədə neqativ məlumatlarını, mənim bütün qurban verdiklərim barədə eşidəndə, yadda saxlayın ki, mən HEÇ NƏDƏ güzəştə getməmişəm. Biz əslində ölkələrimiz üçün gələcək faydalar barədə söhbət etmişik”.

Bundan əvvəl Tramp ABŞ kəşfiyyatının Rusiyanın seçki müdaxiləsinə dair öncə verdiyi bəyanatla ziddiyyət təşkil edən fikirlər yazıb. Tramp yazıb ki, onun xələfi – prezident Barak Obama Rusiyanın seçki müdaxiləsi barədə 2016-cı ilin noyabrından əvvəl bilib. “Onda o niyə bizim kampaniyaya bu barədə heç nə deməyib? Çünki bütün bunlar böyük bir uydurmadır”.

Bunun ardınca Ağ Evin sözçüsü prezidentin tvitinə aydınlıq gətirərək deyib ki, o, Rusiyanın seçki müdaxiləsini yox, özünün Rusiya ilə hər hansı sövdələşməsinin olmadığını nəzərdə tutub. (Amerikanın Səsi)