“Türkiyə ABŞ-ın İrana qarşı sanksiyalarına qoşulmayacaq”.
“RİA Novosti” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“ABŞ-dan nümayəndə heyəti gəlmişdi. Onlara bildirdik ki, bu sanksiyalarda iştirak etməyəcəyik. Biz İrandan neft alırıq, özü də əlverişli şərtlərlə. Onlar uzaqdan danışırlar, biz bu yolla getməyəcəyik”, – M.Çavuşoğlu bildirib.
Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp “Twitter”də böyük hərflərlə İranın ABŞ-ı təhdid etməkdə davam edəcəyi təqdirdə görünməmiş nəticələrlə üzləşəcəyini yazıb/Report.