XƏBƏR LENTİ

19 Oktyabr 2020

Digər Xəbərlər

24 İyul 2018 - 19:13

“Paşinyanı insanlıq naminə ayaqüstü təbrik etdim…” –Türkiyənin xarici işlər naziri

“Ermənistanın baş naziri Nikol Paşinyanı insanlıq naminə təbrik etdim. Azərbaycanla, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər hansı başqa mövqe tutmağımız mümkün deyil”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə keçirdiyi brifinqdə deyib.

“Bəli, mən Ermənistanın baş nazirini təbrik etmişəm. Bu, ayaq üstü olub. Ermənistanın Avropa Şurasında keçmiş təmsilçisi və indiki xarici işlər naziri ilə Belçikada görüşdüm. Görüş zamanı o, məni Ermənistanın yeni hökumət başçısı ilə tanış etdi. Mən nəzakət və insanlıq naminə Nikol Paşinyanla salamlaşdım və təbrik etdim. Bu o demək deyil ki, biz Azərbaycanla, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər hansı başqa mövqe tuta bilərik” -, deyə o, qeyd edib/Report.