Xəbər verildiyi kimi, ABŞ Konqresi Türkiyəyə F-35 qırıcı təyyarələrinin satılmasını müvəqqəti dondurub.
Strateq.az xarici mətbuata istinadən bildirir ki, bu barədə verilən qərarda Türkiyənin Rusiya ilə hərbi əməkdaşlığı əsas götürülüb. Bu əməkdaşlıq dayandırılacağı təqdirdə isə F-35-lərin göndəriləcəyi məqbul sayılıb.
Konqresin bu qərarı, Türkiyədə gözlənildiyinin əksinə olaraq, sakit qarşılanıb.
Məsələyə reaksiya verən prezident Ərdoğan deyib ki, qərardan narahat deyillər: “Bizə prezident Trampın yazılı vədi var, ona güvənirik. Bu ana qədər ABŞ-a müəyyən qədər vəsait ödənilib, iki F-35 alınıb. Hazırda da pilotlarımız ABŞ-da həmin təyyarənin uçuşunu öyrənirlər”.
Ərdoğan bildirib ki, məsələni NATO tədbiri çərçivəsində Trampla müzakirə edəcək.